Bu gün Bakı İslamiadasının rəsmi açılışı olacaq
04:21 12.05.2017
Arxiv
369
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq tədbir saat 21:00-da başlayacaq.
Təxminən 2 saat davam edəcək mərasimdə Azərbaycan və islam mədəniyyəti tərənnüm ediləcək. Tədbirdə məşhur simaların iştirakı gözlənilir. Mərasimdə idmançıların paradı və atəşfəşanlıq da olacaq.
Yarışa qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq. Bu növlərdən ikisində əlil idmançılar da qüvvələrini sınayacaqlar. Bunlar paraatletika və paracüdo yarışlarıdır.
İslamiadanın ilk medalları isə açılış mərasiminin ertəsi günü öz sahibini tapacaq. Həmin gün 6 növ üzrə 23 dəst mükafat təqdim olunacaq. Medallar baxımından ən zəngin gün mayın 17-dir. Həmin gün idmançılar 35 dəst medala yiyələnəcəklər.
Yarışların proqramında bəzi yeni idman növləri də var. Əvvəlki İslamiadalardan fərqli olaraq, bu dəfə zorxana, güləş, cüdo, boks, atıcılıq, paracüdo, paraatletika, bədii və idman gimnastikası yarışları keçiriləcək. Bunadək basketbolun klassik növü üzrə yarışlar təşkil edilirdisə, Bakı-2017-də 3X3 üzrə qaliblər bəlli olacaq. Klassik basketbolun yoxluğunda, komanda idman növlərindən su polosu, voleybol, həndbol və futbol üzrə mükafatçılar müəyyənləşəcək.
Təkbətək idman növlərindən isə idmançılar atletika, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, taekvondo, ağır atletika və uşu yarışları keçiriləcək. Əvəzində badminton, atçılıq, qılıncoynatma bu dəfə yarışların siyahısından kənarda qalıb.
Ən çox medal dəsti atletlərin və üzgüçülərin mübarizəsində oynanılacaq. Burada hər 2 növ üzrə 42 çempion müəyyənləşəcək. Güləşçilər 24, atıcılarla uşu ustaları hərəyə 20 dəst medal uğrunda yarışacaqlar.
Komanda idman növlərindən yalnız ikisində - su polosu və futbolda bir medal dəsti nəzərdə tutulub. Bu da onlarda yalnız kişi idmançıların qüvvələrini sınamaları ilə bağlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ” 19 yaşlı hücumçu alır - 2 milyon avroya
20:02 07.01.2026
Futbol
Marneulidə qətl törədən şəxs Türkiyəyə qaçarkən tutuldu
19:54 07.01.2026
Hadisə
İran diplomatiyasının rəhbərləri Ermənistana səfərə gedir
19:50 07.01.2026
Dünya
Zelenski ABŞ-dan Kadırovu həbs etməsini istədi
19:37 07.01.2026
Dünya
Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi
19:34 07.01.2026
Dünya
"Xəyal" bazarının fəaliyyəti dayandırılıb
18:40 07.01.2026
Cəmiyyət
İran rəsmiləri üsyançılara qarşı güzəşt ehtimalından danışıb
18:32 07.01.2026
Region
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq
18:25 07.01.2026
Siyasət
De Bruyne "Napoli"dən ayrıla bilər
18:17 07.01.2026
Futbol
İran camaatı dini hakimiyyətdən dönməyəcək - Elmar Məmmədyarov
18:10 07.01.2026
Siyasət
ABŞ Rusiya gəmisini ələ keçirdi - YENİLƏNDİ
17:54 07.01.2026
Dünya
Fransa Prezidenti istefa verməyə çağırıldı
17:11 07.01.2026
Dünya
Ötən il dövlət sərhədini pozan 516 nəfər saxlanılıb
17:09 07.01.2026
Ölkə