Bu gündən Makron Fransanın rəsmən PREZİDENTİDİR - 39 yaşlı lider




Bu gündən etibarən Emmanuel Makron rəsmən Fransamnın prezidentidir.
 
Sherg.az "Lemonde.fr"ə istinadən bildirir ki, Respublikaçılarım təmsilçisi olan E.Makron Fransanın 8-ci prezidentidir. 

Xəbərdə o da qeyd olunub ki, hakimiyyətin təhvil - təslimindən sonra E.Makron öz sələfi olan Fransua Ollandı maşınına qədər yola salıb. 

Qeyd edək ki,E.Makron Fransada 39 yaşında seçilən ən gənc prezidentdir. Və onu sosial bazası "dövrün adamı" adlandırır.   

Yada salaq ki, Fransua Olland 2012-ci ildə Fransanın prezidenti seçilib. Və bu il onun prezidentlik dövrü başa çatıb. 

Ayyət Əhməd