Bu il Azərbaycandan Həccə ən çox 1500 zəvvar gedə biləcək
21:11 15.02.2016
Arxiv
926
Kvota 900 nəfər azaldılıb
Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlarla ilə bağlı kvota məlum olub, yaxın günlərdə ziyarətin qiymətləri açıqlanacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığında ilə aparılan danışıqlar nəticəsində əldə olunan razılığa əsasən, bu il Azərbaycandan Həccə ən çox 1500 zəvvar gedə biləcək.
Hazırda Həcc ziyarətinin qiymətləri dəqiqləşdirilir və razılıq əldə olunan kimi ziyarət arzusunda olan zəvvarların sənəd qəbuluna başlanacaq. QMİ-nin nümayəndə heyəti bununla bağlı Səudiyyə Ərəbistanında səfərdə olub.
Ötən il Azərbaycan üçün kvota 2400 nəfər təşkil edib. İdarədən bildirilir ki, bütün hallarda builki Həcc ziyarətində səfər xərclərinin əvvəlki illərə nisbətən artacağı gözlənilir. Buna səbəb kimi manatın dollara nisbətdə bu il ucuzlaşması göstərilir. Ziyarət xərcləri artıq ötən ildən ABŞ dolları ilə hesablanır.
Qeyd edək ki, ötən ildən azərbaycanlı zəvvarların səfər xərclərinin ABŞ dolları ilə aparılmasına başlanılıb. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat