“Bu, müharibənin başlanmasına rəvac verə bilər”
20:18 09.02.2016
Arxiv
975
Rusiya Cənubi Qafqazda hansısa təxribata əl atarsa, Gürcüstan kimi Azərbaycanı da itirəcək
"Türkiyə Rusiyanı Qafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır”. Bu barədə "Foreign Affairs” nəşri yazıb. Nəşr qeyd edib ki, Türkiyə planı işə salmaqdan ötrü ABŞ-dan zəmanət gözləyir: "Hər şeydən əvvəl, bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır. Bunun üçün Dağlıq Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər”.
"Foreign Affairs” əlavə edib ki, Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirəcək: "Bu ittifaq Rusiyanın tamamilə Qafqazdan çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni təsir dairəsinə almasına səbəb ola bilər. Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması qarşılığında buna hazırdır. Xüsusilə, prosesdə Türkiyə varsa, Bakı yox deməyəcək. Ermənistan əraziləri qaytarmaq istəməsə də, onlar iqtisadi yardım qarşılığında buna məcbur olacaqlar”. Nəşr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində bu və digər mühüm məsələlərin müzakirə ediləcəyini iddia edib. Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Cənubi Qafqazda hansısa təxribata əl atarsa, Gürcüstan kimi Azərbaycanı da itirəcək: "Bizə məlumdur ki, ermənilərin istənilən təxribatı mütləq Moskvanın əli ilə olacaq və çox güman ki, bu, müharibənin başlanmasına rəvac verəcək. Çünki Azərbaycan və Türkiyə heç bir təxribatı cavabsız qoymayacaq. Bununla da Azərbaycan və Rusiya arasında körpülər dağıdılacaq. Düzdür, onsuz da hamımız bilirik ki, Dağlıq Qarabağ münaqişəsinin arxasında Kreml dayanır. Amma Rusiya açıq formada hərəkətə keçmədiyi üçün ruslarla əməkdaşlıq edir, dostluq münasibətlərini saxlayırıq. Təbii ki, Rusiya ilə Türkiyə arasında fərq çoxdur. Rusiya
Xəzərdə hərbi təlimlər keçirir, əzələ nümayiş etdirir. Rusiya istəyir ki, Xəzərin dibi ilə Türkmənistanla Azərbaycanı birləşdirən boru xətti tikilməsin. Eyni zamanda, Ermənistanı Türkiyə və Azərbaycan əleyhinə hərbiləşdirir. Amma Türkiyə nə edir? Türkiyə böyük iqtisadi, ticarət və enerji layihələrini, nəqliyyat layihələrini genişləndirir. Elə Prezident Ərdoğan da Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə etmək məqsədilə gəlir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat