"Bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə imkan verəcək"
14:38 06.07.2018
Arxiv
597
"Orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası axırıncı dəfə 1994-cü ildə tətbiq edilib”.
Bu barədə "Sherg.az”a tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti Kamran Əsədov bildirib.
O xatırladıb ki, bu mərhələdən sonra çalışanların biliklərinin yoxlanılması üçün heç bir addım atılmayıb:
"Yalnız 2014-cü ildə müəllimlərin diaqnostik imtahanları keçirilməyə başlandı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onların 45 faizə qədərinin nəticəsi qənaətbəxş deyildi. Ona görə də, yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Yeni tətbiq ediləcək sertifikasiya attestasiyanın adının dəyişdirilmiş formasıdır. Hesab edirəm ki, bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək. Sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması tətbiq edilməlidir. Sertifikasiya ilə attestasiyanın oxşarlığı olsa da, müəyyən fərqləri var. Belə ki, birincisi sertifikasiya tam şəkildə attestasiya deyil.
Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilə bilər. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa-bunun adı üzərində iş gedir-artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilməsi planlaşdırılır.
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyaya iştirak edə bilərlər. Qeyd edim ki, diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma sertifikasiyanın daha geniş formatda olması vacibdir. Hesab edirəm ki, attestasiyanın yerinə tətbiq ediləcək sertifikasiya zamanı müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”.
Qeyd edək ki, ötən gün prezident İlham Əliyev "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Müəllimlərin sertifikasiyadan keçməsi ilə bağlı olan qanuna əsasən, sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həyata keçiriləcək. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat