Bu qəbilə çox fərqlidir

İnəklərin yalnız südündən faydalanmırlar...
Bu ölkədə paytaxt Jubanın şimalında, Nil sahilində yaşayan Mundari adlı bir qəbilə var. Mundarilərin bütün həyatı heyvandarlıqla keçir.
Onlara "mal kralları” deyilir. Yetişdirdikləri heyvanlar isə Ankole-Watusi olaraq tanınan bir mal növüdür. Hündürlükləri 2,5 metr olan bu heyvanların hər biri 500 dollar dəyərindədir. Bəs nə səbəbə Mundari qəbiləsinin ən qiymətli varlıqları bu heyvanlardır?. Belə ki, qəbilə üzvləri heyvanlarını pulemyotlarla qoruyur. Fotoqraf Tarık Zaidi sənədli filmi üçün 4 gününü bu qəbiləylə və qəbilənin göz bəbəyi kimi qoruduğu heyvanlara birlikdə keçirdi. Zaidi, tanış olduğu hər qəbilə üzvünün favorit bir inəyi olduğunu söyləyir. Bu heyvanları ət əldə etmək üçün çox nadir hallarda kəsirlər. İnəklərin yalnız südündən faydalanmırlar, eyni zamanda sidiyini də antiseptik olaraq istifadə edirlər. Sidikdəki amonyak isə qəbilənin daxilində görünən turuncu saç rənginin əsas səbəbidir. Heyvanlarını gündə iki dəfə masaj edirlər. Cənubu Sudanda heyvandarlıq çox əhəmiyyətli sayılır. Sudanda müstəqilliklərindən əvvəl yaşanan savaşlarda hədəflər həmişə heyvan fermaları olurdu. Müstəqillikdən sonra da heyvandarlıq yenə əhəmiyyətli məşğuliyyət sayılır...