Bu qidalar immuniteti gücləndirir
05:23 05.03.2020
Arxiv
528
Qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır. İmmuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər. Xüsusilə də lobya güclü immunomodulyator sayılır.
"Sherg.az" xəbər verir ki, bunu AZƏRTAC-a həkim-terapevti Solmaz Musayeva deyib: “Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immun sistemini gücləndirir. Bundan başqa, soğan və sarımsağın tərkibində olan fitonsidlər viruslara qarşı orqanizmi möhkəmləndirir. Bal, arı südü, propolis kimi qidalardan istifadə olunması da çox xeyirlidir. Həmçinin limon, portağal və digər sitrus meyvələrinin tərkibində çoxlu miqdarda askorbin turşusu olduğuna görə orqanizmi gücləndirmək qabiliyyətinə malikdir”.
Bəzən immuniteti gücləndirmək məqsədilə dərman preparatları da qəbul edilir, lakin bu zaman ardıcıllığa fikir vermək lazımdır. Həkim-terapevt deyib: “Orqanizmi dərmanlarla qorumağa çalışanda 20 gün, qış fəslində isə 1 ay müddətində vitaminlər qəbul edilməlidir. Lakin immun sistemini gücləndirmək üçün gün ərzində rasiona təbii qidalar daxil etmək daha düzgündür”.
Mütəxəssislər bildirirlər ki, indi bütün dünyada geniş yayılan koronavirusa qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya