“Elə idmançılarımız var, əvvəlcə uğurlu karyera qurur, nailiyyətlər əldə edir, lakin sonra pozulur, yolundan sapır, hətta cinayətkar qruplara, davakar dəstələrə qoşulanlar da olur. Bir gün də özləri bu davranışlarının qur
Bu, təsadüfi qətl deyil
İdmançıların adları davada, kriminallarda tez-tez hallanır
“Elə idmançılarımız var, əvvəlcə uğurlu karyera qurur, nailiyyətlər əldə edir, lakin sonra pozulur, yolundan sapır, hətta cinayətkar qruplara, davakar dəstələrə qoşulanlar da olur. Bir gün də özləri bu davranışlarının qur
“Elə idmançılarımız var, əvvəlcə uğurlu karyera qurur, nailiyyətlər əldə edir, lakin sonra pozulur, yolundan sapır, hətta cinayətkar qruplara, davakar dəstələrə qoşulanlar da olur. Bir gün də özləri bu davranışlarının qur
Kikboksinq üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovun Gəncədə odlu islahdan qətlə yetirilməsi idmançılar arasında kriminallaşma hallarının mövcudluğu şübhələrinə əsas verir. Təbii ki, söhbət ümumi idman ictimaiyyətindən gedə bilməz. Azərbaycanın nüfuzunu artıran, bayrağımızı yüksəklərə qaldıran, dövlətimizə, xalqımıza başucalığı gətirən idmançılarımız hər cür ehtirama layiqdirlər. İdmançılarımız arasında xeyriyyəçiliklə məşğul olanlar, mükafatlarını uşaq evlərinə hədiyyə edənlər də az deyil.
Amma təəssüf ki, malik olduğu fiziki üstünlüklərdən və qazandığı titullardan sui-istifadə edənlər də tapılır. Mərhum Elmir Cəlilovla bağlı baş vermiş faciəli hadisə ilk deyil. Hansısa idmançının adının kriminal olaylarda hallanması, idman ustalarının qeyri-sağlam həyat tərzi keçirmələri, özlərini başqalarından üstün tutaraq qarşılarındakı şəxsi alçaltmaları, hətta fiziki təzyiq tətbiq etmələrinə dəfələrlə şahid olmuşuq. Uzağa getməyək. Jurnalist Rasim Əliyevin ölümünə səbəb olanlar arasında "Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun yaxın qohumu da var. Hazırda bu iş üzrə məhkəmə istintaqı getdiyindən kimisə günahkar adlandırmaq doğru olmaz. Amma Rasim Əliyevlə futbolçu arasında yaşanmış insident, jurnalistin hansı şəraitdə döyülməsi artıq mətbuatda kifayət qədər işıqlandırılıb. Bütün bunlar bəzi idmançıların heç də sağlam həyat tərzi keçirmədiklərini, müxtəlif qaranlıq işlərlə məşğul olduqlarını, hansısa kriminal dəstələrə qoşulub "razborşik”lərə çevrildiyini düşünməyə əsas verir.
Məsələyə münasibət bildirən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında Elmir Cəlilovun qətlini təsadüf hesab etmədiyini dedi:
- Bu, birinci hadisə olsaydı, deyərdik, təsadüfdür. Amma təəssüf ki, biz məhz idmançıların iştirakı ilə qarşılıqlı davaların, xoşagəlməz insidentlərin baş verdiyini tez-tez görürük. Bəzən idmançıların adı müxtəlif kriminal hadisələrdə hallanır. Gah döyülən olurlar, gah da döyən. Gah öldürən, gah da ölən. Bunlar təsadüf ola bilməz. Bunun kökü var. Səbəb bundan ibarətdir ki, bir çoxları idmana məhz forma yığmaq, ideal bədən quruluşuna malik olmaq, güc toplamaq və nəticə etibarilə başqaları üzərində üstünlük qazanmaq, hegemonluq etmək məqsədilə gedir. İdman kimdənsə qisas almaq, kiməsə hücum etmək üçün deyil. İdman barış deməkdir və əsas məqsəd də hücum deyil, müdafiə olmalıdır. Siz fikir vermisinizsə, peşəkar idmançılar hər zaman müdafiəyə üstünlük verir. Xüsusilə Şərq idman növləri insana aqressivliyi deyil, müdafiə olunmaq bacarığını öyrədir. Bu, idmanın xeyirxah missiyasını göstərir. Əsl idmançı odur ki, yalnız ona hücum edildiyi, həyatına təhlükə yarandığı zaman bacarığından istifadə etsin və müdafiə olunsun. Amma biz görürük ki, bəzi idmançılar fiziki güclərindən məkrli məqsədlər üçün sui-istifadə edir. Bu da ictimaiyyəti narahat edən məsələdir. Elə idmançılarımız var, əvvəlcə uğurlu karyera qurur, nailiyyətlər əldə edir, lakin sonra pozulur, yolundan sapır, hətta cinayətkar qruplara, davakar dəstələrə qoşulanlar da olur. Bir gün də özləri bu davranışlarının qurbanına çevrilirlər. Çünki məsəl var, deyirlər, əlində qılınc tutan, qılıncdan ölməlidir. "Su bardağı suda sınar”, kimi. Ümumiyyətlə hesab edirəm ki, idman karyerasını başa vuranlara nəzarət güclənməlidir. Amma bizim hüquq-mühafizə orqanları da ayıq-sayıqdır, belə şəxsləri vaxtında zərərsizləşdirir, cəzalandırır.
İ.Altay idmançıların hüquq-mühafizə orqanlarında işə qəbul edilməsinin onlara əlahiddə status qazandırması fikri ilə razı olmadığını bildirdi:
- Bir sıra tanınmış idmançılar olub ki, hüquq-mühafizə orqanlarında çalışıblar. "Neftçi”nin kapitanı İsgəndər Cavadov prokurorluq orqanlarında işləyirdi. Sonra tanınmış futbolçu David Kipiani də prokurorluqda çalışırdı. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev özü bir vaxtlar güclü idmançı olub. Təbii ki, idmançıların fiziki keyfiyyətləri nəzərə alınmaqla onlardan hüquq-mühafizə, yaxud digər dövlət orqanlarında istifadə etmək yaxşıdır. Bilirsiz, idmançı karyerası tez başa çatır. 30 yaşdan sonra idmançı, demək olar ki, karyerasını başa vurur. İdmanın növündən asılı olaraq, bəzən tez və ya bir qədər gec də ola bilər. Ancaq bütün hallarda idmançılar gənc yaşlarında artıq işsiz qalır. Gənc yaşlarında gur həyat tərzi keçirən, ölkələr gəzən, yarışlarda iştirak edən, fanatların əhatəsində olan bir insan üçün birdən-birə hər şey bitir. Boşluq yaranır. Bu boşluğu, durğunluğu hər kəs sağlam tərzdə keçirə bilmir. Bədbinliyə qapılanlar da olur, gücündən, bacarığından düzgün istifadə etməyənlər də. İdmançı həyatı həqiqətən çox çətindir. Cəmiyyətin onları itirməməsi üçün konkret işlər görülməlidir. İdman cəmiyyətləri, təşkilatlar onlarla maraqlanmalı, fəaliyyətə cəlb etməlidirlər. Bunun ictimai formasını düşünmək lazımdır ki, idman karyerasını başa vurmuş adam sonra nəylə məşğul olsun. Çox zaman məhz fəaliyyətsizlik onları əyri yola aparır. Gərək elə bir proqram işlənsin ki, idmançıların gücündən, bacarığından, nüfuzundan yaxşı məqsədlər üçün istifadə edilsin. Onlarla Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi maraqlanmalıdır, işə cəlb etməlidir. İdmançılarla bağlı sistemli bir iş qurulmalıdır. Bu baxımdan, idman karyerasını başa vurmuş şəxslərin hüquq-mühafizə orqanlarına işə qəbul edilməsi müsbət haldır. Onların enerjisi dövlət tərəfindən düzgün istiqamətə yönəldilir. Hüquq-mühafizə orqanlarında vicdanla çalışan idmançılarımız var. Amma elələri də ola bilər ki, orqanlara məqsədli şəkildə daxil olur, mövqelərindən sui-istifadə edir. Qanunsuzluğa yol verənlər təbii ki, orqanlardan dərhal uzaqlaşdırılır. Bütün idmançıları işə qəbul etmək də əlbəttə, mümkün deyil. Çalışmaq lazımdır ki, idmançılar fəaliyyətsiz qalmasın. Boşluğa düşüb bədbinliyə qapılmasınlar. İnsan bəzən boşluqdan pis əməllərə qurşanır. Baxırsan ki, dünya çempionudur, amma "razborka”lara qoşulub, pul yığıb "zon”lara göndərməklə məşğuldur. Hətta vaxtilə məşhur idmançı olanlar arasında kriminal qruplaşmalara rəhbər təyin olunanlar da var. Bunlar həyatı pozulanlardır. Eləsi də var, öz həyatı pozulub, başqalarının da həyatını pozmaqla məşğuldur. Bəzi regionlarda idman dərnəkləri fəaliyyət göstərirdi ki, ora gələn uşaqlardan, yeniyetmələrdən başqa məqsədlər üçün istifadə edilirdi. Dövlətimiz belə halları üzə çıxardı. Belə hallara gərək yol verilməsin. Çünki bunlar dövlətçiliyimizə də ziyandır, ictimaiyyəti də narahat edir.
Məlahət Rzayeva