Bu yol bir neçə günlüyə bağlanıb

Sürücülərə alternativ yoolardan istifadə etmək məsləhət görülür




Martın 22-si səhər saatlarından təmir işləri ilə bağlı Yusif Səfərov küçəsinin Bakı Şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin Mətbuat katibliyindən APA-ya verilən məlumata görə, alternativ yolu bildirmək məqsədilə Ali Məhkəmənin qarşısından başlayaraq müvafiq yol nişanları yerləşdirilib.
Sürücülər Xocalı prospekti ilə gələrək Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etməklə Babək və Heydər Əliyev prospektlərinə hərəkət edə bilərlər.