Bu yollarda hərəkət məhdudlaşdırılacaq - Ara yollarla gedin




Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq 19 may 2017-ci il tarixində səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, məhdudlaşdırma təqribən yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənədək qüvvədə saxlanılacaq.