"Qəbir daşları sadə olmalı, dövlət qurumlarının müəyyən etdiyi ölçüyə uyğun gəlməlidir. Heç kimə ixtiyar verilməməlidir ki, məzar satın alarkən böyük ərazini zəbt etsin. İslam şəriətində qayda odur ki, kim nə vaxt dünyasını dəyişirsə, məzarı o zaman açılmalıdır. Qəbir yerlərini əvvəlcədən almaq, geniş əraziləri qəbiristanlığa çevirmək dini baxımdan düzgün deyil.
"Bütün nəsil-kökün yan-yana dəfn olunmasının dini əsası yoxdur" - İlahiyyatçı
12:46 10.08.2018
Arxiv
1095
"Əgər dəfn məsələsi dövlət səviyyəsində həyata keçiriləcəksə və müvafiq qurumlar prosesə nəzarət edəcəksə, insanlar məcburi şəkildə buna əməl edəcəklər”.
Bunu "Sherg.az”a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
Ekspert bildirib ki, məzar daşları standart olmalıdır. Onun sözlərinə görə, dünyanın bir çox qəbiristanlıqlarında, hətta əksər müsəlman məzarlıqlarında belə bizimki qədər dəbdəbə yoxdur:
"Qəbir daşları sadə olmalı, dövlət qurumlarının müəyyən etdiyi ölçüyə uyğun gəlməlidir. Heç kimə ixtiyar verilməməlidir ki, məzar satın alarkən böyük ərazini zəbt etsin. İslam şəriətində qayda odur ki, kim nə vaxt dünyasını dəyişirsə, məzarı o zaman açılmalıdır. Qəbir yerlərini əvvəlcədən almaq, geniş əraziləri qəbiristanlığa çevirmək dini baxımdan düzgün deyil. O da şərt deyil ki, bir insan mütləq ata-anasının, bacı-qardaşının yanına dəfn olunsun. Bütün nəsil-kökün yan-yana dəfn olunmasının dini əsası yoxdur. Məncə, bu məsələ insanların dini anlayışının zəif olmasından qaynaqlanır. Ona görə dövlət qurumlarının bu addımı atması çox müsbət haldır. Zamanla cəmiyyət də öyrəşəcək. Çünki insanlar getdikcə maariflənirlər”.
İlahiyyatçı xatırladıb ki, bir müddət əvvəl ehsan süfrələri ilə bağlı iş aparılırdı. Ancaq buna əməl edənlərin sayı az oldu:
"Düzdür, bəzi yerlərdə ehsan süfrələri yüngül olurdu. Lakin əksəriyyətin davranışı göstərdi ki, hələ cəmiyyət buna hazır deyil”.
Qeyd edək ki, dəfn işinin təşkili, qəbiristanlıqların salınması və ümumiyyətlə bu məsələnin tənzimlənməsi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyi birgə sənəd hazırlayıb. Artıq həmin sənəd müvafiq qurumlara təqdim edilib. Hazırda bununla bağlı iş aparılır. Sənəddə qəbiristanlıqların salınması zamanı hansı meyarların nəzərə alınması, sanitar qaydalardan tutmuş dini məsələlərə qədər hamısı öz əksini tapıb. Eyni zamanda sənəddə hər bir məzar üçün nə qədər torpağın ayrılması, ayrılan torpağın ödənişsiz olması, məzar daşlarının ölçüləri kimi məsələlər də vurğulanıb.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya