Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır

Dövlət Statistika Komitəsinin 2025-ci ilə aid statistikasına əsasən, elmi işçilər arasında qadınların payı 60%-dən çoxdur.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransında deyib.

O bildirib ki, ali təhsil müəssisələrinin tələbələri arasında qadınların iştirakçılıq payı 50%-dən çoxdur.

A. Sofiyevanın sözlərinə görə, məşğul əhali arasında qadınların payı 48,1%-dir:

"Digər sahələrdə, o cümlədən də qeyri-ənənəvi sahələrdə qadınların iştirakçılığının ildən-ilə artdığını görürük. Bu, dövlətin bu istiqamətdə apardığı siyasətin nəticələridir. Rəqəmlər bir daha göstərir ki, inkişaf addımları sürətlə gedir".