“Bütün orqanları dayanmışdı, amma ürəyi 30 dəqiqə sonra dayandı"

Məhəmməd Əlinin ölümü ilə bağlı İLGİNC FAKT





Dünya şöhrətli idmançı Məhəmməd Əlinin dəfn ediləcəyi tarix açıqlanıb. Lent.az-ın məlumatına görə, mərasim iyunun 10-da çempion boksçunun doğulduğu Luisville şəhərində keçiriləcək.
İdmançının ailəsinin sözcüsü Bob Gunnell deyib ki, Məhəmməd Əli dünya vətəndaşı idi və bütün dünyadan olan insanların öz dəfnində iştirak etməsini istəyərdi. Bu səbəbdən də mərasim gələn həftənin cümə gününə təyin edilib.
Bu arada Məhəmməd Əlinin qızı Hana atasının ölümü ilə bağlı maraqlı faktı açıqlayıb. Sosial şəbəkə vasitəsi ilə atasının ölümündən bəhs edən Hana qeyd edib ki, Məhəmməd Əlinin ürəyi digər orqanlarının həyat funksiyası başa çatdıqdan yarım saat sonra dayanıb: "Bütün orqanları dayanmışdı, amma ürəyi döyünməkdə davam edirdi. Düz 30 dəqiqə...Kimsə belə bir şey görməyib”.