Buz bağlamış şüşələri ütüylə açmağa çalışırlar

Ərdahanda yaşayan vətəndaşlar, şaxtalı soyuqlar səbəbiylə çətin anlar yaşayır. Havanın tempraturunun gecə mənfi 30 dərəcəyə qədər düşdüyü şəhərdə maşınlar da buz bağlayır.
İş yerinə gələn vətəndaşlar buz bağlayan şüşələrlə qarşılaşır. Ticarətçi Erkan Çörəkçi, "Ərdahan hazırda tamamilə soyuq havaya təslim olub. Prospektlərdə insan yox, bazarda adam yox, amma biz də çörək yerimizdir deyə gəldik və iş yerimizi açdıq. Gözləyirik ki, bir müştəri gəlsin” deyir. Erkan buz bağlamış iş yerinin şüşələrini ütüylə açmağa çalışır.