Cahangir Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb
13:58 07.02.2019
Arxiv
627
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun qohumu İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısı davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə C.Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb.
C.Hacıyev qeyd edib ki, bütün işlərə şəxsən özü ciddi nəzarət edib: "Lakin işlərim çox idi. Hamısını çatdıra bilmirdim. Layihələri Dünyamin Xəlilov və müavinim olmuş Emin Mustafayevə tapşırmışdım. Heç kəs verilən kreditlərdən pul qazanmayıb. Axı Dünyamin Xəlilov bütün layihələrə nəzarət edə bilməzdi. Buna onun fiziki gücü çatmazdı. Ona görə də digər MMC-lər yaradıldı".
C.Hacıyev digər təqsirləndirilən İsmayıl Hidayət-zadənin bacanağı olduğunu, bankdan ona kredit ayrıldığını etiraf edib: "Bəli, İsmayıl mənim bacanağımdır, lakin vaxtım olmurdu ki, onunla tez-tez görüşəm. O, layihə ilə bağlı Beynəlxalq Banka müraciət edib, sonra ona kredit ayrılıb. Layihə də hazırlanıb və təhvil də verilib".
Sabiq bank rəhbəri 2006-cı ildə "Pərvanə" MMC-ə 7 milyon 500 min manatlıq kreditin ayrıldığını deyib: "Yağ alınması ilə bağlı kredit ayrılmışdı, ancaq pulun hansı layihələr üçün yönəldildiyini bilmirəm".
Hakimin suallarına cavab verən C.Hacıyev bildirib ki, xarici şirkətlərə layihə üçün köçürülən pullardan Azərbaycana hamısı qayıdıb: "Bu layihələr Azərbaycan üçün xeyir verib".
Hakim isə söyləyib ki, istintaq materiallarında belə bir şey qeyd edilməyib. Prosesdə daha sonra təqsirləndirilən şəxs qismində Zaqatala Olimpiya Kompeksinin sabiq direktoru Arif Ramazanov ifadə verib. O ifadəsində qeyd edib ki, 2008-ci ildə Kompleksin açılışı olub və o vaxtdan direktor vəzifəsinə təyin edilib: "Bütün tapşırıqları Dünyamin Xəlilovdan almışam. Aylıq əməkhaqqım 300-600 manat arasında olub. İşlədiyim dövrdə bütün sənədlərlə tanış olmuşam. Lakin sənədləşmə işlərinə, köçürmələrə Dünyamin Xəlilov baxırdı. Onun verdiyi tapşırıqları icra etmişəm".
Təqsirləndirilən şəxs bildirib ki, keçmiş "Simurq" klubunun ev oyunları keçirdiyi stadionun tikilişi də onlar tərəfindən həyata keçirilib: "Həmin tikinti başa çatmadı. Bu səbəbdən Beynəlxalq Bankdan 1 milyon 350 min manat kredit ayrıldı. Krediti götürdük. Lakin pulun xərclənməsinə də Dünyamin Xəlilov rəhbərlik edib. Olimpiya Kompleksinə alınan mebellər də xarici ölkədən gətirilib. Onun sənədləşmə işlərinə, gömrük bəyannamələrinə Dünyamin Xəlilov nəzarət edib".
Təqsirləndirilən A.Ramazanov Dünyamin Xəlilovun ona ünvanladığı suala cavab verərək bildirib ki, Kompleksə direktor vəzifəsinə seçilməsi ilə bağlı namizədliyini C.Hacıyev verib. A.Ramazanov C.Hacıyevin sualına cavab verərkən qeyd edib ki, 2012-ci ildə Kompleksdə vergi yoxlaması aparılıb: "Vergi yoxlaması zamanı bütün sənədləri, hətta möhürü də apardılar. Bildirdilər ki, bu işlə bağlı cinayət işi açılıb. Bir müddət yoxlamalar davam etdi. Yoxlamalar başa çatanda dedilər ki, həmin cinayət işinə xitam verilib".
Məhkəmə prosesi fevralın 11-i saat 10:00-a dək fasilə elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət