Çavuşoğlunun Bakı səfəri Ermənistana ciddi mesajdır
07:32 27.07.2018
Arxiv
371
Azərbaycan və Türkiyə xarici siyasət idarələri daima koordinasiya şəraitində fəaliyyət göstərirlər
İki gün əvvəl Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən baş nazir Novruz Məmmədov bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin mühüm əhəmiyyət daşıdığını deyib.
Baş nazir Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən danışaraq bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrin reallaşması ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq münasibətlərini təcəssüm etdirir.
M.Çavuşoğlu isə yeni təyinatdan sonra ilk xarici səfərini Azərbaycana etməsinə diqqət çəkərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib. Çavuşoğlu deyib ki, dövlət başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayır.
Türkiyə XİN başçısının Azərbaycan səfəri çərçivəsində verdiyi bəyanatları şərh edən politoloq Elxan Şahinoğlu Türkiyə xarici işlər Mövlud Çavuşoğlunun Azərbaycana bir günlük səfərinin diqqət çəkdiyini deyib: "Çünki bir müddət əvvəl Azərbaycana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər etmişdi və nümayəndə heyətində Mövlüd Çavuşoğlu da var idi. Belə isə az müddətdə Çavuşoğlunun yenidən Bakıya qayıtmasını hansı amillər zəruri edirdi?”.
Onun sözlərinə görə, birincisi, son illər Azərbaycan və Türkiyə xarici siyasət idarələri daima koordinasiya şəraitində fəaliyyət göstərirlər:
"Məsələn, Mövlüd Çavuşoğlu Bakıdakı mətbuat konfransında belə bir ifadə işlətdi ki, Azərbaycanın xarici işlər nazirini həm də Türkiyənin xarici işlər naziri sayır. Bu ifadə iki ölkə arasındakı yaxınlığın tərənnümüdür. Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın maraqlarını ifadə edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin birində Türkiyə əleyhinə danışan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana belə cavab vermişdi: "Bu tədbirdə Türkiyə yoxdur, ona görə də mən sizə Türkiyənin əvəzinə də cavab verəcəm”.
İkincisi, Mövlud Çavuşoğlu Bakıya səfərində üçlü görüşlərin koordinasiyası məsələsinə də toxundu. Azərbaycan və Türkiyənin birgə iştirak etdiyi regional üçlü formullar var. Bunlardan Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistanı misal çəkmək olar”.
E.Şahinoğlunun fikrincə, Çavuşoğlu bu üçlü formatlardan birinin və ya bir neçəsinin gündəlik mövzularını da azərbaycanlı həmkarı Elmar Məmmədyarovla qapalı görüşdə müzakirə edib: "Adı çəkilən formatlardan bu gün ən aktualı Azərbaycan-Türkiyə-Türkmənistandır. Çünki Ankaranın əsas məqsədlərindən biri Türkmənistan qazının da Azərbaycan üzərindən Türkiyəyə çatdırılmasıdır. Bunun üçün münbit şərait yetişib. TANAP boru xətti işləyir, üstəgəl də avqust ayında Xəzərin status ilə bağlı yekun konvensiya sazişi imzalanacaq. Bu konvensiya imkan verəcək ki, Türkmənistan və Azərbaycan öz sektorlarına aid hissəsində Xəzərin dibi ilə boru xətti çəksinlər. Bundan başqa Azərbaycan-Türkiyə-Ukrayna formatını da hərəkətə gətirməyin vaxtıdır. Digər tərəfdən də Çavuşoğlu ilə Məmmədyarov arasında Qarabağ mövzusunda da fikir mübadiləsi olub. Türkiyə Qarabağ münaqişəsinin həlli istiqamətində fəallığını artırmaq istəyir. Bu məsələdə də Bakı ilə Ankara arasında sıx koordinasiyaya ehtiyac var”.
Politoloqun sözlərinə görə, M.Çavuşoğlu Bakıdakı mətbuat konfransında Fətullah Gülən şəbəkəsi ilə ən ciddi mübarizə aparan ölkələrdən birinin də məhz Azərbaycan olduğunu qeyd edib: "Mövlud Çavuşoğlu Azərbaycanda qapadılan məktəblər mövzusuna aydınlıq gətirdi. Həmin məktəblər keçmişdə Gülən şəbəkəsinə aid olub. İndi isə Türkiyə həmin məktəbləri "Maarif” Vəqfinə vermək barədə düşünür. Fikrimcə, bu, ən məqbul yoldur. Bir az gecikmiş qərar olsa da, bu məsələni də nəzarət altına almaq lazımdır. Çünki Gülən şəbəkəsi qorxunc siyasi hədəflərlə hərəkət etsə, yüksək standartlara cavab verən orta və ali təhsil ocaqları təsis etmişdilər. Türkiyə dövlətinin həmin təhsil ocaqlarına sahiblənməsi vacibdir.
Mövlud Çavuşoğlunun Bakıya səfəri Ermənistana önəmli mesaj idi. Ermənistan-Rusiya siyasi-hərbi ittifaqında ciddi suallar yarandığı halda, Azərbaycan-Türkiyə siyasi-hərbi ittifaqı inkişaf edir və bütün regional çağırışlara cavab verməyə hazırdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm