Cəbhədə yerləşən hərbi birlikdə təlim məşqləri keçirilib - VİDEO




Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.

Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, senariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər.