T.Abbasov diqqətə çatdırıb ki, gələcəkdə "Cənub Qaz Dəhlizi"ndən yararlanacaq dövlətlərin hamısı Azərbaycanın quruculuq imkanlarının şahidi oldular:
“Cənub Qaz Dəhlizi"nin beynəlxalq birlik üçün böyük əhəmiyyəti var”
17:12 05.06.2018
Arxiv
704
"Cənub Qaz Dəhlizi" iqtisadi layihə olmaqla bərabər, böyük geosiyasi əhəmiyyətə malikdir”.
Bunu "Sherg.az”a "Cənub Qaz Dəhlizi"nin siyasi əhəmiyyəti barədə danışarkən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, bu nəhəng layihə Cənubi Qafqazın kommunikasiya potensialını, inteqrasiya əmsalını yüksəyə qaldırır:
"Azərbaycanı, onunla bağlı olan müttəfiqlər isə layihə sayəsində Avropa bazarına daha da yaxınlaşır. Avropa istehlakçı məsələsində daim artan həcmlərə ehtiyac duyur. Vaxtından tez, operativ şəkildə həyata keçirilən "Cənub Qaz Dəhlizi" Avropaya imtiyazlı vəziyyət yaradır. Azərbaycanın bu təşəbbüsünün geosiyasi əhəmiyyəti isə odur ki, dövlətimiz beynəlxalq aləmdə böyük faydalılıq əmsalı ilə qarşıdakı dövrün çağırışlarını düzgün təhlil etmə qabiliyyətini göstərir, özünü təsdiqləyir. Bunun beynəlxalq birlik üçün böyük əhəmiyyəti var”.
T.Abbasov diqqətə çatdırıb ki, gələcəkdə "Cənub Qaz Dəhlizi"ndən yararlanacaq dövlətlərin hamısı Azərbaycanın quruculuq imkanlarının şahidi oldular:"Eləcə də müttəfiq ölkələr beynəlxalq aləmdə bizim möhkəm dostlarımıza çevriliblər. Mürəkkəb beynəlxalq problemlərin ətrafında müzakirələr aparıldıqda digər ölkələrin məsələlərə münasibət bildirməsi, kimin tərəfində çıxış etməsi strateji vacibliyə çevrilib. Ona görə, Azərbaycanın sadiq dostlarının sayının artması siyasi proseslərdə ölkəmizin dəstəklənməsinə kömək edəcək.
"Cənub Qaz Dəhlizi"nin reallaşmasında həm geoiqtisadi, həm də geosiyasi maraqlar kəsişir. Biz göstəririk ki, Avropaya inteqrasiya məsələsində çox fəal mövqedəyik. Həmçinin qarşıdan gələn dövrün yeni çağırışlarını layiqincə qarşılamağa qadirik”.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm