Cənub rayonlarında 11-ci sinif şagirdləri arasında qızların sayı kəskin azalıb
09:57 21.06.2019
Arxiv
767
"9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94 faizini (58130 nəfər) oğlanlar, 46.06 fizini (49638 nəfər) qızlar təşkil edib".
"Sherg.az"ın xəbərinə görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi 2018-ci il üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri təhlilində yer alıb.
Təhlildə deyilib ki, 11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə demək olar buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.99 faizi (44272 nəfər) oğlan, 45.01 faizi (36230 nəfər) qız şagirdlər olub: "Başqa sözlə, hər iki imtahanda oğlan və qız şagirdlərin nisbəti bir-birinə yaxındır".
Qeyd olunub ki, 2016-cı ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.93 faizi (56484 nəfər) oğlan, 46.07 faizi (48245 nəfər) qız şagirdlər olub: "Məlum olduğu kimi, 2018-ci ildə 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edənlər 2016-cı ildə 9-cu sinfi bitirən şagirdlər olub. Ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı) 2016-cı ildə 9-cu sinif şagirdlərinin 47.21 faizini qızlar təşkil etmişdisə, 2018-ci ildə 11-ci sinif şagirdləri arasında bu göstərici 41.95 faizə bərabər olub. Göründüyü kimi, 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin azalıb. Qızların təhsildən uzaqlaşmasına erkən nikahlar və s. səbəb ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol