“Chernobyl” miniserialından 5 katastrofik epizodu əks etdirən FOTO

"Sherg.az""sciencesetavenir.fr"a istinadən ABŞ-ın "HBO" telekanalı və Birləşmiş Krallığın "Sky" şəbəkəsi tərəfindən birgə istehsal edilmiş "Chernobyl” miniserialından fotoları təqdim edir.  
Bu fotolarda 1986-cı ildə Ukrtahada Çernobıl AES-də baş vermiş faciəni əks etdirən 5 episod ıks olunub.
Qeyd edək ki, filmdə Çernobıl (ing. Chernobyl) — rejissorluğunu Yohan Renkin, ssenaristliyini isə Kreyq Mazinin etdiyi beşseriyalı Birləşmiş Krallıq və ABŞ tarixi dram televiziya miniserialıdır. Miniserial 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-nin Pripyat şəhərindəki Çernobıl AES-də baş vermiş faciəni və daha sonra gerçəkləşən tayı-bərabəri olmayan təmizləmə işlərini təsvir edir. Miniserialın aktyor heyəti müxtəlif Avropa ölkələrindən olan aktyorlardan təşkil olunub, baş rolları Cared Harris, Stellan Skarsqord, Emili Uotson və Pol Ritter canlandırır.
Miniserial ABŞ-ın "HBO" telekanalı və Birləşmiş Krallığın "Sky" şəbəkəsi tərəfindən birgə istehsal edilib. Miniserialın ilk epizodu 6 may 2019-cu il tarixində ABŞ-da, 7 may 2019-cu il tarixində isə Birləşmiş Krallıqda yayımlanıb. Miniserial həm Birləşmiş Krallıq, həm də ABŞ tənqidçiləri tərəfindən çox təriflənib.
Miniserialın hər yeni epizodu "HBO" telekanalında yayımlanan zaman miniserial üçün hazırlanmış podkastın da yeni epizodları yayımlanırdı. Podkast Mazin ilə "National Public Radio" radiostansiyasının "Wait Wait... Don't Tell Me!" verilişinin aparıcısı Piter Saqal arasındakı söhbətdən ibarət idi.
Tərcümə etdi : Ayyət Əhməd