Çin ABŞ sanksiyalarından uduzmamağın yolunu tapdı: görün İranda nə edəcək
13:59 07.09.2019
Arxiv
484
Çin İranın enerji sektoruna (neft, qaz və neft-kimya sənayesi) 280 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
"Sherg.az" Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Petroleum Economist jurnalı İranın Neft Nazirliyinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu barədə razılaşma avqustun sonunda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Pekinə səfəri zamanı əldə olunub. Bu, əslində İranla Çin arasında 2016-cı ildəki razılaşma ilə səsləşir: həmin dövrdə neft-qaz sahəsinə yatırımlar çinlilərin 400 milyard dollarlıq investisiya planlarının tərkibinə daxil edilmişdi.
Razılaşmanın şərtləri İrana qarşı ABŞ sanksiyalarının pozulması nəticəsində Çin şirkətləri üçün yarana biləcək neqativ nəticələri minimuma endirməyə hesablanmış bir neçə maddəni də ehtiva edir. Məsələn, neftə görə ödəniş dollarla deyil, keçmiş sovet ölkələri və Afrikadakı biznesdən qazanılmış yuanla olacaq. Çin nefti, qazı və neft-kimya məhsullarını zəmanətli 12% güzəştlə alacaq, üstəlik, ödənişin həyata keçirilməsi üçün 2 il möhlət hüququna malik olacaq. Həmçinin Çin İranda yeni və yenilənmiş neft-qaz və neft-kimya layihələrində üstün satınalma hüququ əldə edəcək. Çin şirkətləri cənub qonşumuzun ərazisində öz sərmayələrinin qorunması üçün 5 min nəfərədək təhlükəsizlik xidməti əməkdaşı, eləcə də neft tədarükü xətlərinin, o cümlədən Fars körfəzindəki istiqamətdə, təhlükəsizliyinin təmini üçün əlavə əməkdaşları yerləşdirə biləcək.
Çin həmçinin İranın nəqliyyat infrastrukturunun modernləşdirilməsi üçün əlavə 120 milyard dollar yatırım edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual