Çin - Azərbaycan münasibətlərinin gələcək perspektivi... - Şərh




"Çin ilə son zamanlar dövlətlər səviyyəsində tez-tez görüşlərin keçirilməsi Çinin Azərbaycan bazarına olan marağının göstəricisidir. 2017-ci ilin idxal-ixrac statistikalarına baxsaq, görərik ki, Çin ilə idxalat dövriyyəmiz 978315 dollar təşkil etdiyi halda ixracat dövriyyəmiz isə 443807 dollar təşkil edib. Bu göstərici 2016-ci ildəki göstəricidən iki qat artıqdır. Bu da son zamanlar tez-tez keçirilən görüşlərin səmərəli olduğunun göstəricisidir".

"Sherg.az" xəbər verir ki, bu barədə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Orxan Kərimov bildirib.

Bununla yanaşı ekspert diqqətə çatdırıb ki, Çin bazarının böyüklüynü nəzərə alsaq, 443807 dollarlıq ixracatın çox cuzi rəqəm olduqunu görmüş olarıq:

"Çin iqtisadiyyatının sütunları əsasən ixracat üzərində qurulub. Çinin istehsal etdiyi mallar Çin bazarında yüzdə qırx civarında paya sahibdir. Çin 2017-ci ildə dünyaya 17 trilyon 545 milyard dollarlıq mal ixrac etdiyi halda idxalatdakı göstəricisi 17 trilyon 788 milyard dollar həcmində olub. Azərbaycan bazarıda regionda Çin üçün ən ideal seçimdir,bu gün bizim onlara deyil, onların bizə daha çox ehtiyacı var. Sirr deyil ki, bu gün Çini Amerikaya və Avropaya alternativ görənlər ölkəmizdə az deyil. Biz bu gün Çini arxamıza alaraq qərb dövlətləri ilə münasibətdə soyuqluq yaratsaq, özümüzü tamami ilə Çin iqtisadiyyatının pəncələrinə atmış olarıq. Çin beynalxalq münasibətlərdə siyasi imperializmə alternativ olaraq iqtisadi imperializmdən istifadə edir. Çin Srilankaya,Myanmara,Pakistan və digər iqtisadiyyati zəif inkişaf etmiş region ölkələrinə,həmçinin də Afrika dövlətlərinə layihə kreditləri verir. Verdiyi bu proyekt kreditləri vasitəsi ilə Çin bu ölkələrə öz maraqlarını diktə etməyə və onları o ölklərdə genişləndirməyə çalışır. Yəni bəzilərinin düşündüyü kimi Çin heç də ölkələrə əmin-amanlıq gətirən sülh quşu deyil. Çinlilər bu gün öz ticarət ehtiyaclarını qarşılamaq üçün bizi regionda vasitə kimi gördükləri şübhəsizdi".

Ekspert onu da əlavə edib ki, Azərbaycan geostratejik və geopilitik üstünlüyündən yararlanaraq Çinlə "qazan-qazan prinsipi" əsasında iqtisadi əlaqələrini genişləndirə bilər:

"Bizim son dərəcə rəqabətcil olan Çin bazarında baş çıxarmağımız imkansız görünür, hər nə qədər Çinli məmurlar bazarlarında bizə rəqabət üstünlüyü verəcəklərinə söz versələr də, ortada bir gerçəklik var ki,o da bizim o bazarda rəqabət edəcək gücdə olmamağımızdır. Böyük ipək yolu layihəsi vasitəsi ilə Çinlilər böyük ticarət toru qurmağa çalışırlar. Və bu torda bizim geostrateji önəmimiz çox güclüdür. Təbiətin bizə verdiyi bu üstünlükdən yararlanmağımız üçün iqtisadiyyatımızı sağlamlaşdırmağımız olduqca vacibdir. Bu gün sağlam iqtisadiyyata sahib olmayıb,rüşvət içində boğulan Şri lanka, Pakistan,Cibuti kimi dövlətlər Çindən aldıqları kreditləri qaytara bilmədiklərindən dolayı çinlilər onların ərazilərində inşa etdikləri limanları uzun müddətliyə icarəyə götürüb. 

Bu da həmin dövlətlərin o limanlardan uzun müddətliyinə qazanc götürə bilməyəcəkləri anlamına gəlir. Məsələn, Pakistan hökuməti çinlilərə liman inşaatı üçün götürdükləri krediti qaytara bilmədiklərinə görə, çinlilərin inşa etdikləri həmin limanı çinlilərin özünə 40 illiyə icarəyə vermək məcburiyyətində qaldı. Şri Lanka höküməti də oxşar durumla üz-üzə qalıb və 99 illiyə çinlilərin inşa etdikləri limanı onlara icarəyə verib. Bu mənada hesab edirəm ki, ayaqlarımızı yerə sağlam,doğru şəkildə qoya bilsək, Çinin imkanlarından yararlana bilərik".