Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernator vəzifəsini icra edən Aleksandr Şuvayev deyib.
O bildirib ki, yaralılar arasında yeniyetmələr də var.
Onlar vilayət uşaq klinik xəstəxanasına çatdırılıb və yeniyetmələrdən birinin vəziyyəti ağırdır.