Çingiz Qənizadə: “MNTK-lar kommunal xidmətlər üçün daha yüksək pul istəyirlər”




"Qanun çoxdan gözlənilirdi. Biz 2009-cu ildə bu qanunu tətbiq etmişik. Təəssüf ki, bir çox hallarda qanun işləmir. Çünki MNTK-ların burada marağı var, pul yığırlar. 

Kommunal xərclərin yığımında ayrıseçkilik ola bilməz. Ancaq bəzən eşidirik ki, MNTK-lar deyirlər ki, bina çox gözəl yerdə yerləşir, odur ki, kommunal xidmətlər üçün daha yüksək pul istənilir. Bu gün edilən dəyişikliklər boşluğu dolduracaq, konkretliyi təmin edəcək”.

Sherg.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə parlamentdə Mənzil Məcəlləsinin müzakirəsi zamanı deyib.

Qənizadə bildirib ki, bəzən çoxmənzilli binalarda xoş olmayan hallar müşahidə edilir: "Vətəndaş Rusiyada yaşayır, mənzil alıb, amma illərdir ki, orada yaşamır. Lakin buna baxmayaraq ondan kommunal ödənişlər tələb edilir. Bu doğru deyil. Çünki bir çox hallarda həmin şəxslər heç aldığı təmiri belə təmir etdirməyib. Həmkarım Elmira xanım deyir ki, bəzən mənzillərin 5-7 min manat borcu olur. Əslində qeyd etdiyim insanlardan bu pulu tələb edirlər. İnsan yaşamadığı halda necə pul ödəyə bilər. Hesab edirəm ki, bu qanun qüsurları aradan qaldıracaq”.
Anar