Cocuq Mərcanlı Kredit İttifaqının yaradılması müsbət hadisədir
16:09 08.03.2018
Arxiv
1248
Bu həm yeni iş yerlərinin açılmasına, həm də kəndin özündə iqtisadi gücün yaranmasına səbəb ola bilər
"Cocuq Mərcanlı Kredit İttifaqı” MMC yaradılıb. Məlumata görə şirkətin nizamnamə kapitalı 200 min manatdır.
Cocuq Mərcanlı ilə bağlı hansısa tədbirlərin görülməsi təqdirəlayiq hesab olunmalıdır. Kredit ittifaqının yaranması xüsusilə bizneslə məşğul olmaq istəyən əhali üçün yaxşı fürsət ola bilər.
Kreditlərin necə və hansı əsaslarla verilməsi isə bilinmir. Görəsən, yaradılmış yeni ittifaq Cocuq Mərcanlıya iqtisadi baxımdan hansı töhfələr verə bilər?
Kredit İttifaqının yaradılmasının pozitiv hal olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, biznes üçün əsas şərt uzunmüddətli kreditlərin olmasıdır. İqtisadçının sözlərinə görə, kredit faizlərinin çox olmaması da vacibdir: "Cocuq Mərcanlı Kredit İttifaqının hansı forma və prinsiplər əsasında işləyəcəyi maraqlıdır. Kredit müddətləri, faiz dərəcələri necə olacağı hələ ki sual altındadır. Kredit İttifaqının özü hansısa layihələrin birbaşa maliyyəçisi olacaqsa, bu lap yaxşı olardı. Yeni iş yerlərinin açılması, iqtisadiyyatda müəyyən irəliləyişlərin olması ruh yüksəkliyinə və ümumi proseslərə müsbət təsir edə bilər.
Ona görə də əgər birbaşa investor olacaqsa və kredit faizləri ilə deyil, kiçik iş yerlərinin yaranması, kiçik biznesin inkişafına yardım edəcəksə, yeni ittifaq əhali üçün səmərəli olacaq. Yox əgər ancaq bank kreditləri ilə işləyəcəksə və hansısa layihələrə yüksək faizlərlə azmüddətli kreditlər verməyə çalışacaqlarsa, bunun böyük əhəmiyyəti olmaya bilər. Ona görə də yeni təşəbbüs çox yaxşıdır və bu təşəbbüsü sona çatdırmaq, yaxşı nəticə əldə etmək üçün orta və uzunmüddətli layihələrin maliyyələşməsində birbaşa investor kimi çıxış edilə bilər. Kiçik kənd ərazisində balaca sexlərin, istehsal və kənd təsərrüfatı sahələrinin yaranmasında, orta və uzun layihələrin maliyyələşməsində birbaşa iştirak edilsə, həm yeni iş yerlərinin, həm də kəndin özündə iqtisadi gücün yaranmasına səbəb ola bilər”.
Qeyd edək ki, MMC-nin hüquqi ünvanı Biləsuvar rayonu, 4-cü Qəsəbə (Cəbrayıl) Ev 287-də yerləşir. MMC bu ilin 24 yanvar tarixində dövlət qeydiyyatına alınıb.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət
İlin sonuna kimi bu, lazımsız olacaq – Mask elan etdi
13:24 19.07.2026
Texnologiya
Tramp İordaniyada iki amerikalı əsgərin ölümünə münasibət bildirib
13:08 19.07.2026
Dünya