COVID-19-la bağlı yeni qadağaların tətbiqi gözlənilir
17:41 21.04.2021
Arxiv
379
Türkiyədə COVID-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarının kəskin artması səbəbindən ölkə ərazisində yeni qadağaların tətbiqi gözlənilir.
"Sherg.az"AZƏRTAC-a istinadən bildirir ki, hazırda qardaş ölkədə virusa yoluxanların sayı 60 mini keçib, xəstəlikdən ölənlərin sayı isə artmaqda davam edir.
Bununla əlaqədar olaraq Türkiyədə qeyd edilən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə, həftəsonu qadağası da daxil olmaqla üç gün "Evdə qal" məhdudiyyətinin tətbiqi gözlənilir. Mövzu ilə bağlı hələ ki, rəsmi qərar verilməyib. Lakin, Türkiyənin Səhiyyə Nazirliyinin COVID-19 elmi şurası və Daxili İşlər Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlərlə bağlı yeni yol xəritəsinin təqdim edilməsi gözlənilir.
Hazırda Türkiyənin bütün vilayətlərini əhatə edən "qismən qapanma"nın davam edib-etməyəcəyi ilə bağlı isə qarşıdan gələn həftə ərzində ölkənin Nazirlər Kabinetinin növbəti iclasında qərar veriləcək. Yeni qadağaların qüvvəyə minəcəyi təqdirdə ölkə ərazisində böyük alış-veriş mərkəzlərinin müvəqqəti bağlanması, Ramazan bayramında isə dörd günlük "Evdə qal" məhdudiyyətinin də tətbiq ediləcəyi istisna deyil.
Qeyd edək ki, hazıra qardaş ölkədə tətbiq olunan qismən qapanma tədbirləri çərçivəsində həftə içi hər gün axşam saat 19:00-dan səhər saat 05:00-dək "Evdə qal" məhdudiyyəti qüvvədədir. Bu saatlar ərzində təcili hallar istisna olmaqla əhalinin şəhərlərarası hərəkəti də müvəqqəti qadağan olunub. Ölkədə toy, nişan kimi kütləvi tədbirlərin keçirilməsi Ramazan bayramınadək təxirə salınır. Kütləvi tədbirlərə imsak və iftar yeməklərinin birgə təşkili də daxildir. Ramazan ayı boyunca kafe, restoran, idman zalları və bu kimi digər ictimai iaşə obyektlərinin də fəaliyyəti müvəqqəti dayandırılıb. Kiçik yeməkxanalar isə günün müəyyən saatlarında müştərilərə paket servisi şəklində xidmət göstərir. Qadağaların tətbiqi müddət ərzində yaşı 65-dən yuxarı və 18-dən aşağı olanlara ictimai nəqliyyatdan istifadəsi qadağan edilir. Dövlət qurumları və bəzi özəl sektorlar məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm