"Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi yol qalmaqdadır" - Analitikdən aktual şərh
09:32 02.07.2018
Arxiv
561
"Dağlıq Qarabağ münaqişəsi yenə də prioritet məsələ kimi, Azərbaycanın həm daxili, həm də xarici siyasətinin əsas istiqamətidir”.
Bunu "Sherg.az”a müdafiə naziri general-polkovnik Zakir Həsənovun " Düşmən ordumuzun gücünü öz üzərində hiss edəcək” anonsuna münasibət bildirərkən analitiki Arzu Nağıyev söyləyib.
O diqqətə çatdırıb ki, münaqişənin həlli ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə olunsa da, bu proses deklorativ bəyanatlardan kənara çıxmır:
"Ermənilərin istədiyi kimi status-kvo saxlanılmaqdadır. Bu isə Azərbaycanın mənafeyinə xidmət etmir. Heç cür mümkün deyil ki, ölkəmiz daha 20 il münaqişənin həllini gözləsin. Çünki bütün beynəlxalq layihələrin, iri tədbirlərin həyata keçirilməsi üçün təhlükəsizliyə təhdid olmamalıdır. Azərbaycan geosiyasi xəritəni dəyişməyə belə nail olduğu vaxtda Dağlıq Qarabağ münaqişəsi kimi təhlükəsizliyə təhdid olan regional problem qalmaqdadır. Bunu istər Rusiya, istərsə Fransa, istərsə də ABŞ dərk edir. Lakin Ermənistan Rusiyanın nüfuz dairəsində olduğundan, şimal qonşumuz münaqişənin həllində açar rolunu daşıdığından müəyyən addımlar atmalıdır.
Ermənistanın yeni rəhbərinin səsləndirdiyi qeyri-adekvat bəyanatlar isə göstərir ki, onlar separatçılara verdikləri vədləri yerinə yetirə bilmirlər. Bunun nəticəsidir ki, separatçı qüvvələri üçüncü tərəf kimi ortaya atır, problemlərin həllini onlara yükləyirlər. Belə bir vəziyyət alınır: müharibə tək səngərlərdə deyil, diplomatik yollarla, diaspora səviyyəsində davam etdirilməsinə baxmayaraq, bir addım da irəliləyiş yoxdur.
Düzdür, diplomatik səviyyədə müəyyən uğurlar var. Amma problem hələ də həll edilməyib. 2016-cı il aprel döyüşləri antiterror əməliyyatları kimi yadda qaldı. Məlum oldu ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi yol qalmaqdadır”.
A.Nağıyev bildirib ki, müdafiə nazirinin bəyanatları müharibə variantını diqqətdə saxlamaq niyyəti daşıyır və bu həm də düşmənə mesajdır:
"Azərbaycan istənilən an heç bir hüquq normalarını pozmadan öz ərazilərində antiterror əməliyyatları həyata keçirə bilər. Bu, son keçirilən hərbi paradda ölkə başçısı, prezident İlham Əliyev tərəfindən də səsləndirildi. Biz ərazi bütövlüyümüzü bərpa etmək üçün istənilən yola əl atmağa hazırıq.
Regionda böyük müharibənin başlamasına xarici aktorlar da imkan verməz. İran, Türkiyə, Gürcüstan, Rusiya və s. dövlətlər buna qarşı çıxar. Lakin antiterror əməliyyatlarının keçirilməsi labüddür. Müəyyən dövr müddətində Dağlıq Qarabağ münaqişəsi həll olunmasa qeyd etdiyim varianta əl atıla bilər”.
Qeyd edək ki, iyunun 30-da müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir Ali Baş Komandanın çıxışlarında səsləndirdiyi torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağıq fikrini vurğulayıb və bildirib ki, münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır:
"Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır.
Əks təqdirdə, düşmən Azərbaycan xalqının əzmini və vətənpərvərliyini, eləcə də Ordumuzun silahının gücünü öz üzərində hiss edəcək”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi