Daha bir piyada vurma




Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumat görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. 

"VAZ” markalı avtomobil təxminən 50 yaşlarında kişi piyadanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.