Daha bir təyyarə qəzası: 12 ölü




İndoneziyada polis təyyarəsi qəzaya uğrayıb. Modern.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə nəticəsində 12 nəfərin öldüyü bildirilib.

Təyyarənin düşməsindən əvvəl partlayış səsi eşidilib.
Qəza Cənubi Çin dənizində baş verib.

Hadisə yerinə axtarış-xilasetmə işləri üçün gəmilər göndərilib.