Daha ciddi məsələlər var
20:44 19.02.2016
Arxiv
900
Müxalifət iqtidardan dialoq çağırışı gözləyir
Azərbaycan iqtidarı ilə müxalifət partiyaları arasında sayca üçüncü və hələlik sonuncu görüş 2015-ci il may ayının 15-də keçirilib. Növbəti görüşün nə zaman reallaşacağı ilə bağlı məlumat yoxdur. Müxalifət tərəfdən görüşün təşkil edilməsində əlaqələndirici funksiyanı yerinə yetirən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu "Şərq”ə açıqlamasında deyib ki, görüşün reallaşması təşkilatçı olaraq Prezident Administrasiyasından asılıdır:
"Hökumət müxalifətlə dialoqa hələlik ehtiyac görmür. Əgər iqtidar nə vaxt görüş təşkil etsə, dialoq o zaman baş tutacaq. Yəqin ki, ölkədə baş verən proseslərə görə, baş qarışıqdır. Canları sağ olsun!”. KXCP sədrinin sözlərinə görə, dialoq məsələsi siyasi partiyalarla bağlı deyil: "Yeni Azərbaycan Partiyası ölkədə qeydiyyatdan keçmiş 55 siyasi partiyadan biridir. Görüş təklifi sadəcə hakim partiyaya edilmir. Ümumiyyətlə, dialoq məsələsi siyasi partiyalarla bağlı deyil. Dialoq ictimaiyyətlə iqtidar arasındakı məsələdir. Azərbaycan hökumətinin də konkret olaraq bu məsələ ilə bağlı göstərişi və iş prinsipi var”. YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə isə qəzetimizə bildirib ki, hakim partiyanın təşəbbüsü ilə dəfələrlə həm partiya qərargahında, həm də kənarda iqtidar-müxalifət görüşü təşkil edilib: "Növbəti görüşün keçirilməsinə YAP hər zaman hazırdır. Amma müxalifət partiyalarından YAP-a heç bir dialoq təklifi daxil olmayıb. Ötən illər ərzində biz buna rast gəlməmişik. Bir qayda olaraq ya hakim partiya tərəfindən, ya da beynəlxalq təşkilatların Bakıdakı nümayəndələrinin təşəbbüsü ilə bu cür görüşlər təşkil edilib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual