Daha yaxşı təmizlik üçün diş fırçası qalın tellimi olmalı?





Bəzi diş həkimləri, diş ətlərinə və diş minasına zərər verməmək üçün yumşaq fırça istifadə edilməsini təklif edir. Amma əslinə baxsanız istifadə etdiyiniz diş fırçasının elə bir əhəmiyyəti yoxdur. Əsl məsələ dişlərinizi gündə iki dəfə fırçalamaqdır; diş fırçanızı isə 3-4 ayda bir dəyişdirməkdir.

Bəs, dişlərinizi nə qədər çox fırçalarsanız o qədərmi sağlam olar?

Xeyr! Dişlərinizi normaldan çox fırçalamaq, diş minalarınızın köhnəlməsinə səbəb ola bilər. Hətta diş pastalarının aşındırıcı xüsusiyyətlərindən ötəri bəzi diş xəstəlikləri yaşaya bilərsiniz. Hər səhər və hər axşam dişinizi fırçaladıqdan sonra ağız qarqarasıyla cila etməniz ən sağlamıdır…