Danimarkada atışma baş verib, ölən və yaralananlar var




Danimarkanın Runqsted şəhərində atışma baş verib. Trend-in "RİA Novosti"yə sitinadən verdiyi məlumata görə, atışma nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Bildirilir ki, atışma ilə əlaqədar 2-32 yaş arası 14 nəfər polislər tərəfindən saxlanılıb.

Qeyd edilir ki, atışma kriminal xarakterli olub.