Davudoğlu: "Aİ ilə vizasız rejimin tətbiqi bizim üçün həyati əhəmiyyət daşıyır"
21:56 23.04.2016
Arxiv
474
"Brüssel və Ankara arasında miqrasiya sazişi qüvvəyə mindikdən sonra Avropa İttifaqına gedən miqrantların sayı xeyli azalıb”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Qazıantepdə Almaniya kansleri Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyası sədrinin müavini Frans Timmermansla birgə mətbuat konfransı zamanı bildirib.
"Əvvəllər Türkiyə üzərindən Yunanıstana hər gün 6 minədək qanunsuz miqrant gedirdi, indi bu rəqəm orta hesabla 130-dur, bəzi günlər isə, ümumiyyətlə, qanunsuz miqrant qeydə alınmır, ya da ki cəmi 10-20 nəfər təşkil edir. Bu, bizim Aİ ilə yaratdığımız mexanizmin nə qədər effektiv olduğunu göstərir. Sazişin imzalanmasından sonra 105 leqal qaçqın tərəfimizdən Aİ-yə yola salınıb”, - deyə Davudoğlu bildirib.
"Türkiyənin ünvanına hazırda bir çox ittihamlar səslənir, əsasən də, beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən. Lakin, mən tam məsuliyyətlə deyə bilərəm ki, bir nəfər də olsun suriyalı qaçqın məcburi şəkildə öz vətəninə göndərilməyib”, - deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, Türkiyə miqrasiya sazişi üzrə, qaçqınların işlə təmin olunması da daxil olmaqla, üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir.
"Ümid edirəm ki, Aİ-də öz öhdəliklərini icra edəcək. Biz, ilkin olaraq, qaçqınların yerləşdirilməsi üçün Türkiyəyə 3 mlrd avro ayrılmasına dair razılığa gəldik, lakin sonrakı danışıqlar zamanı bu rəqəmi 6 mlrd-a çatdırdıq. Həmkarlarım qaçqınların yerləşdirilməsi üçün yaradılan infrastrukturla tanış olduqdan sonra ümid edirəm ki, bu gündən etibarən pullar ayrılmağa başlayacaq.
Aİ ilə vizasız rejimin tətbiqi bizim üçün həyati əhəmiyyət daşıyır”, - deyə Davudoğlu əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm