“Dayan qızım, atanız intihar edir”

Qadın həyat yoldaşının özünə qəsd etməsinə sonda razı olmayıb
Türkiyənin hamı həyat yoldaşının qızlarını onunla görüşdürmədiyi iddiasıyla intihara cəhd edən ata ilə həyat yoldaşının sözlərini danışır.
Aydında "Arvadım 6 qız övladımı mənə göstərmir” deyən adam, elektrik dirəyinə dırmaşdı. Həyat yoldaşı isə parkda uşaqlarıyla birlikdə dirəkdəki ərini izlədi. Bu vaxt evə gedib su içmək istədiyini söyləyən qızına isə "Dayan qızım, getmə, atan intihar edir” deməsi isə hər kəsi şoka saldı. Ancaq, intihara cəhd edən atanın hekayəsinin altından Türkiyənin acı gerçəyi "Uşaq gəlinlər” çıxdı. Həyat yoldaşı, intihara cəhd edən atanın qızlarını erkən yaşda evləndirmək istədiyini söylədi.
Jurnalistlərə danışan ana, "Uşaqlarımın erkən yaşda evlənmələrini istəmirəm, oxuyacaqlar, anaları kimi olmayacaqlar. Əgər mən oxumuş olsaydım, bir imkanım olsaydı, illərdir bu adama dözməzdim.” deyib. Uşaqları üçün narahatlıq keçirən ananın, ərinin elektrik dirəyində qalmasına da dözmədi. "20 il sənə dözdüm, bundan sonra da dözəcəyəm, en aşağıya. Yetərki gəl, 5-nidə sənə verəcəyəm.” deyərək ərini aşağı endirməyə çalışdı. Ananın səyləri sonç verdi və ata dirəkdən endi. Atanın uşaqlarını görmək üçün elektrik dirəyinə çıxdığına laqeyd qalmayan ana sonda belə deyib: "Nə edim mən, bir anayam. Yenə evə gələcək, yenə eyni şey”.