DÇ-2018: Argentina Xorvatiyaya qarşı






Dünya çempionatının qrup mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, "C” qrupunda II tura yekun vurulacaq, "D” qrupunun bir görüşü baş tutacaq.
İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gələcək.

Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkəcək. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.

Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina prinsipial görüşə çıxacaq. Lionel Messinin komandası qrupun favoritlərindən sayılan və birinci matçda 3 xal qazanan Xorvatiya ilə üz-üzə gələcək. Cənubi Amerikalılar şansı möcüzəyə saxlamamaq üçün mütləq qələbə qazanmalıdır.



Dünya çempionatı


II tur, 21 iyun



"C” qrupu


16:00. Danimarka - Avstraliya


Samara, "Kosmos Arena"


19:00. Fransa – Peru


Yekaterinburq, Mərkəzi stadion


"D” qrupu


22:00. Argentina – Xorvatiya


Nijni Novqorod. Şəhər stadionu