DÇ-2018: Rusiya İspaniyanı məğlub edərək 1/4 finala yüksəlib





Rusiyada keçirilən dünya çempionatı davam edir. Bu gün 1/8 final mərhələsində meydana ilk olaraq meydan sahibi Rusiya yığması çıxıb. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib (1:1). Rusiya yığması penalti seriyasında İspaniyanı məğlub edərək ilk dəfə DÇ-nin 1/4 finalına yüksəlib.


Dünya çempionatı
1/8 final mərhələsi
1 iyul
İspaniya – Rusiya - 1:1 (əlavə vaxt, penalti seriyası)
Qollar: İqnaşeviç, 12 (avtoqol) - Zyuba, 41 (pen.)
Penalti seriyası: 3:4
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Moskva. "Lujniki” stadionu