DÇ-2018: Rusiya və Uruqvay 1/8 finalda!




Rusiyada keçirilən DÇ-2018 davam edir.
APA-nın məlumatına görə, A qrupunda II Uruqvay ilə Səudiyyə Ərəbistanı üz-üzə gəlib.
Görüş Uruqvayın minimal hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə həm Uruqvayı, həm də Rusiya yığmasını 1/8 finala çıxarıb. Səudiyyə Ərəbistanı "mundialla” vidalaşıb.