Dədə Ədalət adi qəbiristanlıqda dəfn olunmasını istəyib
13:37 15.09.2017
Arxiv
864
Ustad aşıq Ədalət Nəsibov dünyaya göz açdığı Qazax rayonunda dəfn olundu. Ustadın dəfni barədə "Sherg.az"-a görkəmli sənətkarın oğlu Hekayət Nəsibov məlumat verib.
Ustadın nəşinin Qazaxa aparılma səbəbinə toxunan H.Nəsibov deyib ki, ailəsi sənətkarın Fəxri Xiyabanda dəfni üçün işlər görülməsini gözləyib:
"Düşünürdük ki, o da Azərbaycan mədəniyyəti və incəsənətinə böyük töhfələr vermiş, Azərbaycan sazını, sözünü dünyaya tanıtmış bir xadim olaraq Fəxri Xiyabanda dəfn olunar. Amma bu, olmadı. Ona görə də atamızı elə dünyaya göz açdığı Qazaxda torpağa tapşırmağı qərarlaşdırdıq".
Qeyd edək ki, ustad sənətkarla vida mərasimi Qazax rayon mədəniyyət evində keçirilib. Rayon icra hakimiyyəti və Qazax Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən vida mərasiminə minlərlə insan qatılıb.
Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük xidmətlər göstərən, sağlığında əfsanələşən, sazı bütün dünyada təmsil edən və bənzərsiz ifası beynəlxalq mədəniyyət festivallarında maraqla qarşılanan Dədə Ədalətin Bakıda Fəxri Xiyabanda dəfn olunmaması sosial şəbəkələrdə ciddi müzakirə olunur. Hətta cəmiyyətin milli ruhlu kəsimi etiraz edir.
Biz də cəmiyyətdəki etirazları nəzərə alıb Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı ilə əlaqə saxladıq. O, "Sherg.az"a açıqlamasında məsələni belə izah etdi:
"Ailəsi bu cür olmasını istəyib. Deyəsən, Aşıq Ədalətin özü vəsiyyət edib ki, adi qəbiristanlıqda dəfn edilsin”.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə "Sherg.az"a nazirliyin dəfn işləri ilə məşğul olmadığını söyləyib:
"Bu, bizim verəcəyimiz qərar deyil. Belə məsələlər müvafiq dövlət orqanlarının ümumi razılığı ilə həll edilir”.
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya