DƏHŞƏT: kişi arvadını və iki övladını qətlə yetirdi




Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

Sherg.az-ın Report-a istinadən məlumatına görə, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını qətlə yetirib.

Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəlib.
Hadisəni törədən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.