Dəm qazından necə qorunaq? - Detektorlar quraşdırın





"Kiçik kvadratlı mətbəxə, hamama ariston, kombi qoymaq olmaz. Mətbəxin ən azı 8- 9 kvadrat sahəsi olmalıdır ki, orada dəm qazı yaranmasın". 

Bunu Sherg.az-a son günlər dəm qazından boğulmaların sayının artma səbəblərindən danışarkən ekspert Elman Muradov söyləyib.

O qeyd edib ki, dəm qazından qorunmaqla bağlı sakinlərə dəfələrlə tövsiyə versələr də, nəticə çıxaran olmur: 

"Bəzən mənzilə girib, görürsən ki, 2 kvadrat yer düzəldiblər deyirlər ki, bura mətbəxdi. Orada da üstəlik ariston , kombi qoyurlar. Qaz da sızır və dəm qazı yaranır. Boğulmalar baş verir".

Ekspert onu da qeyd edib ki, qaz sayğacı quraşdılan bütün mənzillər üçün aidiyyatı qurum tərəfindən pulsuz "detektorlar" verilir:

"Həmin detektorlar mütləq qurşadılmalıdır. Ona görə ki, evdə qaz sızması varsa, o detektor siqnal verir. Bizim hiss etmədiyimizi o hiss edir.Siqnal verir və sonra detektordakı klapan avtomatik olaraq bağlanır və ana xəttdən gələn qazı dayandırır. Təssüflər olsun ki, həmin detektorlara çox az evlərəd rast gəlinir".

Ayyət Əhməd