Dəməşqdə güclü partlayış: 25 ölü - YENİLƏNİB




Dəməşqdə Ədalət Sarayında törədilən partlayışda ölənlərin ilkin sayı açıqlanıb.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli SANA Agentliyi partlayış nəticəsində azı 25 nəfərin öldüyünü xəbər verib.

Çoxlu sayda yaralının olduğu bildirilir.

***
16:09
Suriyanın paytaxtı Dəməşqdə güclü partlayıb baş verib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlarla insanın öldüyü və yaralandığı bildirilir.
Partlayış Ədalət Sarayının binasında baş verib.

Partlayıcı qurğu binanın foyesində işə salınıb.
Ötən həftə Dəməşqdə ikiqat terror aktı nəticəsində 70-dən çox adam ölüb. O zaman terrorçular Bab-əs-Səgir şiə məzarlığı yaxınlığında toplaşan kütlə içində partlayıcı qurğuları işə salıblar.