Deputat: "Artıq erməni siyasətçilər işğalçı olduqlarını etiraf edirlər"
15:02 01.08.2018
Arxiv
812
"Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyanın çağırışları erməni cəmiyyətinə təsir göstərəcək”.
Bu sözləri "Sherg.az”a Z.Tadevosyanın "Qarabağı işğal etmişik, Azərbaycana qaytarılmalıdır” etirafına münasibət bildirərkən millət vəkili Elman Məmmədov söyləyib.
Onun sözlərinə görə, Z.Tadevosyan tək deyil, Ermənistanda bir çox siyasətçilər də onunla eyni fikirdədir:
"Xanım siyasətçi cəmiyyətdə nüfuzlu bir konqresi təmsil edir. Ermənistanda və o ölkədən kənarda yaşayan kifayət qədər tanınmış ermənilərin də bu təşkilatla əlaqəsi var. Həmin şəxslər artıq səmimi etiraf edirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və gec-tez qaytaracaq. Z.Tadevosyan isə bu fikirləri səsləndirməklə yanaşı cəmiyyəti də buna kökləyir.
Düzdür, erməni siyasətçinin bu fikirlərinə müəyyən etirazlar olur, bu təbiidir. İstənilən halda o, həqiqətləri dilə gətirir və Ermənistan cəmiyyəti də gec-tez bunu anlayacaq. Ermənistan işğal olunmuş torpaqlarımızı geri qaytarmalıdır. Təkrar edirəm, artıq erməni siyasətçilər işğalçı olduqlarını etiraf edirlər.
Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi müddətcə, Ermənistan regional layihələrdən kənarda qalacaq, iqtisadi inkişafı mümkün olmayacaq. Münaqişə həll edilərsə, Azərbaycan torpaqları geri qaytarılarsa, Ermənistan düşdüyü vəziyyətdən çıxa bilər. Ermənistan cəmiyyəti bunu anlamağa başlayıb".
Qeyd edək ki, "Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyan jurnalistlərlə görüşündə Qarabağı Azərbaycanın işğal edilmiş ərazisi adlandırıb. O, münaqişənin həlli üçün işğal etdikləri torpaqları Azərbaycana qaytarmalı olduqlarını bildirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya