Deputat: "Azərbaycanda 8 min manat maaş alan var?"





"Siz 200 manat maaşı təsəvvür edə bilirsiniz? Şəxsən mən təsəvvür edə bilmirəm. Bəlkə də, belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər, ən az maaş alan onlardır".

"Sherg.az"ın xəbərinə görə bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Elmira Axundova söyləyib. 

"Sosial sığorta haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili maraqlı suallar səsləndirib: 

"Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma səkkiz min manat alanlardan tutulmayacaq? Belə bir şey olar? Özü də Azərbaycanda 8 min manat maaş alan var? Bəlkə siz tanıyırsınız belələrini?! Olsa da, 50-100 nəfər... Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın, mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu, biabırçılıqdır”.

Millət vəkili bu cür addımlardansa, zərərli, zəhərli içkilərlə bağlı addımların atılmasının vacibliyini dilə gətirib:

"Bu məsələdə addımlar atılmalıdır, içkilərin qiymətlərini, aksiz dərəcələrini artırmaq lazımdır, 40, 50 manat etmək gərəkdir ki, kimsə gecə gedib, onu ala bilməsin, zəhərlənməsin, pis vərdişlərə yiyələnməsin. Bəlkə, biz mafiyalardan qorxuruq? Qorxmamalıyıq!”. 

Anar