Xəbər verdiyimiz kimi, cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstan Respublikasının (QR) Karaqandı şəhərindəki ermənilərə məxsus olan "Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. Qeyd olunan iaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranmış, daha sonra restoranın həyətində dava formasında davam etdirilib. Nəticədə 1 qazax gənc 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb. Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib. Erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub.
Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.
Qazaxıstanda yaşayan ermənilərin mütəşəkkil kriminal qruplaşmalar yaratmaları, yerli qazaxlara qarşı ümumi türk etnosuna nifrətdən irəli gələrək həqarətli və kinayəli yanaşmaları geniş yayılmış haldır və heç kimə sirr deyildir. 'Yaxşı türk ölü türkdür' ifadəsi ermənilər tərəfindən faşizm ideologiyasına xas şəkildə bütün türkdilli xalqlara şamil olunur. Qazaxlar da bu baxımdan istisna deyillər.
Qazaxıstan mediasında və sosial şəbəkə seqmentində ermənilərin bu ölkənin adət-ənənələrinə hörmətsizliyi, qazaxlara yuxarıdan aşağı baxmaları və özlərini 'ari' irqi kimi təqdim etmək cəhdləri barədə dəfələrlə məlumat verilib.
Digər ölkələrdə, o cümlədən Qazaxıstanda olan erməni mənşəli kriminal və mütəşəkkil qruplaşmalar əslində Qazaxıstan ərazisində fəaliyyət göstərən 5-ci kalondur. Sovetlər dövründə Qazaxıstan rəhbərliyində olan erməni mənşəli rəhbər şəxslərin qazax xalqına qarşı törətdiyi etnik terroru və soyqırımı hər kəs çox yaxşı xatırlayır.
Azərbaycanın da faciəvi təcrübəsi onu göstərir ki, ermənilər cəmiyyətin içərisində yaşayaraq fürsət güdür və zəruri halda xəyanət edərək içəridən zərbə vururlar. Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanda yaşayan ermənilərin də əməllərinə sıradan olan adi hal kimi baxmamalı, tarixdən və yaxın coğrafiyada baş verən hadisələrdən nəticə çıxarmalıdırlar.
Hadisəni şərh edən millət vəkili Aydın Hüseynov "Sherg.az"a söyləyib ki, ermənilərin bu xislətini bizə doğma olan qazax xalqı indi öyrənir, biz bunu uzun illərdir bilirik:
" Belə qanlı təxribat və ya terror hadisələrinin arxasında erməni lobbisi durur. Onlar yazıq xalq görkəmində təqdim olunaraq Qazaxıstan kimi ölkələrdə yerləşdirilir. Sonra sığındıqları ölkənin bütün gəlirli sahələrini ələ keçirməyə çalışırlar. Bu bədxah niyyətlərinə çatmaq üçün o ölkələrdə qünahsız insanların qanını axıdırlar. Ayaqları dəyən hər bir ölkəyə qarşı torpaq iddiası irəli sürürlər. Türkiyə, Azərbaycan və Gürcüstana qarşı da torpaq iddiası irəli sürürlər.
Əraziləri ələ keçirmək üçün orada cinayət törədirlər. Bu mənada hesab edirəm ki, erməni mafiyasının Qazaxıstanda törətdikləri Azərbaycan üçün yeni məlumat sayılmır. Bizə bundan dəfələrlə ağır bəlalar yaşadıblar. Dünya ictimaiyyəti bilməlidir ki, işğalçı Ermənistan məhz bu xislətə malikdir. Onlar sığındıqları ölkənin maliyyə qaynaqlarına sızırlar. Bundan sonra o ölkədə mafiya şəkilində qruplaşıb, o qaynağı ələ keçirməyə cəhd edirlər. Harada erməni əli var, orada terror var. Harada erməni var, orada qan tökülür.
Sonradan da özlərini dünyaya yazıq xalq kimi təqdim edirlər. Əlbəttə, dünya ictimaiyyəti də artıq onların iç üzünü bilir. Hesab edirəm ki, hər bir dövlət ermənilərin Azərbaycan xalqının başına gətirdiyi məşəqqətləri, vəhşilikləri, vəhşəti bilməlidir. Ermənilər Karaqandı Qarabağa çevirmək istəyirlər. Şübhəsiz ki, Azərbaycan erməni mafiyasının bu əməlini kəskin şəkildə pisləyir. Düşünürəm ki, Qazaxistan buna qarşı sərt tədbirlər görməlidir".
Ayyət Əhməd