Deputat: "Ermənilərin Qazaxıstanda törətdikləri qanlı olayı təsadüf saymıram" - Terror
11:16 08.01.2019
Arxiv
613
"Ermənilər dünyanın hər yerində tədricən ifşa olunmaqdadır”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Deputat bildirib ki, Rusiya çarlığı və sovet imperiyası öz siyasətlərinin bir parçası olaraq İran və Türkiyədə məskunlaşmış erməniləri sadəcə Qafqazda yerləşdirməklə kifayətlənmirdilər. İmperiya düşünülmüş xəttlə erməniləri həm də Orta Asiya ərazisində məskunlaşdırır, onlara hərtərəfli münbit şərait yaradırdı:
"Bu, imperiya siyasəti idi, məqsəd ermənilərdən yararlanmaq idi. Hətta vəziyyət o həddə çatmışdı ki, Mərkəzi Asiyadakı sovet respublikalarına rəhbərlik edən şəxslərin ermənilərlə qohumluqları olurdu. "Yuxarılar” həmin şəxslər sayəsində kimlərin Moskvaya "yararlı”, kimlərin isə "yararsız” olduqlarını üzə çıxarırdılar. Bölgədəki türk respublikaları müstəqillik əldə etdikdən sonra erməni siyasətini anladılar. Başa düşdülər ki, ermənilərin bölgəyə yerləşdirilməsində məqsəd başqadır. 25 il ərzində Qazaxıstanda, Özbəkistanda və Qırğızıstanda olan ermənilər sadəcə zərər veriblər, ikili münasibətləri gərginləşdiriblər. Türk xalqları buna dözmək istəmir və haqlı olaraq erməni vəhşiliyinə etiraz edirlər. Ermənilər açıq-aşkar təxribat törədir, türklərin slavyanlarla olan dostluq münasibətlərini qısqanır, həzm edə bilmirlər. Ona görə də cinayət əməlləri həyata keçirərək terrora əl atırlar”.
Parlament üzvünün sözlərinə görə, erməni diasporası aşağıların əli ilə təxribat törədir:
"Ermənilər tarix boyu böyük ölkələrə nökərlik ediblər və xəyanətlə ad çıxarıblar. Qazaxıstanda baş vermiş bu hadisəni təsadüfi saymıram. Baxmayaraq ki, XİN rəhbərləri müəyyən qədər razılaşmaya gəlməyə çalışırlar, ancaq baş verən hadisə ermənilərin növbəti dəfə ifşası deməkdir. Qazaxlarda milli şüur getdikcə güclənməkdədir. Vaxt var idi ki, ölkədə qazaxların sayı 40 faiz idi, lakin indi 65 faizdən yuxarıdır. Dövlət postlarında milli kadrlar çoxalmaqdadır. Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev erməni baş nazir Nikol Paşinyanı dəfələrlə sərt tənqid edib, Azərbaycanı isə müdafiə edib. Düşünürəm ki, indi Orta Asiyada baş verənlər bizim xeyrimizədir”.
Qeyd edək ki, Qazaxıstanın Karakanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc ermənilər tərəfindən qətlə yetirilib. Yerli sakinlər gəncin ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq aksiya keçiriblər. Karakandada toplaşan yüzlərlə insan erməni vəhşiliyinə etirazını bildirib. Aksiya iştirakçıları qətl hadisəsinə görə, erməni diasporunu ittiham ediblər. Əraziyə polis əməkdaşları cəlb olunub, şəhərin əsas küçələri xüsusi təyinatlılar tərəfindən nəzarətə götürülüb.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm