Deputat həmkarı Fazil Mustafanı yalanladı
21:27 15.02.2016
Arxiv
1272
Sahib Alıyev: “Tərtərə tez-tez gedirəm, hər gedəndə yaxşılığa doğru dəyişiklik görürəm”
Millət vəkili Fazil Mustafa Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun fəaliyyətindən gileylənib. O, adıçəkilən icra başçısını bu region üçün böyük təhlükə adlandırıb:
"Tərtərə dostum Zülfüqar bəyin qızının vəfatı ilə əlaqədar ailəsinə baş çəkməyə getmişdim. Şəhərin içindəki mərkəzi küçələrin vəziyyəti məni dəhşətə gətirdi. Ötən il də eyni mənzərə idi. Hər yer qazıq-qazıq, yağış yağanda camaat nə zülüm çəkir, təsəvvür etmək mümkündür. Biz ötən dəfə Avropa Şurasında ermənilərin "Sərsəng” su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik. Bu gün Tərtərdə olanda əmin oldum ki, "Sərsəng” su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır. Şəhər əməlli-başlı xarabazara çevrilib və bu səviyyədə biganəliyi heç bir rayonda müşahidə etmədim. Xüsusilə də sərhəddə yerləşən və ermənilərə sona qədər dirəniş göstərən, bu gün də bütün sıxıntılara rəğmən doğma ocağında yaşamağa davam edən bu fədakar Tərtər camaatının ümumiyyətlə icra başçısı sarıdan bəxti heç gətirməyib. Yeni təyin olunan da pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur. Məncə, ermənilərlə təmas xəttində olan rayonlarımızda icra başçısının doğru seçilməsi, bu bölgələrimizin həm də təhlükəsizliyinin təminatıdır”.
Sözügedən regiondan seçilən millət vəkili Sahib Alıyev isə "Şərq”ə açıqlamasında həmkarının fikirləri ilə razılaşmadığını deyib. Parlament üzvü qeyd edib ki, hazırda Tərtərdə böyük quruculuq işləri aparılır: "Bu, birmənalı şəkildə belədir. Tərtərdə tez-tez oluram. Məsələn, ötən həftə getmişdim. Bu həftə də gedəcəm. Tez-tez gedib, gəldiyim yerdir. Bütün məsuliyyətimlə deyirəm ki, hər getdiyimdə rayonun yaxşılığa doğru dəyişdiyini görürəm. Küçələrin vəziyyəti ilə bağlı deyilənlərə gəlincə, deyim ki, bu rayonun su-kanalizasiya sistemi yenidən qurulur. Özü də işlər yalnız indiki əhalinin sayı deyil, 30 il sonrakı demoqrafik durumu nəzərə alınaraq aparılır. Sistem yenidən qurulursa, təbii ki, müəyyən küçələrdə qazıntı işləri aparılmalıdır. Su-kanalizasiya sistemi elə bir sistemdir ki, onu yuxarı ilə aparmaq olmur. Ona görə də, küçələrin qazılması təbiidir. Bu belədir. Tərtərin hər bir qarışını gəzən şəxs kimi deyirəm ki, bu rayonda böyük quruculuq işləri gedir. Bir faktı deyim ki, bir zamanlar Tərtərin mərkəzinin belə həsrət qaldığı işıq dirəkləri indi cəbhənin 80, 100 və 200 metrliyində yerləşən küçələrdə gecə-gündüz yanır. Baxın, hazırda Bakının elə qəsəbələri var ki, orda işıq fasilələrlə verilir. Amma Tərtərdə bu hal qeydə alınmır. Həmin rayondan olan bir millət vəkili kimi və ya Tərtərin hər bir qarışını tanıyan şəxs kimi öz məsuliyyətimlə bildirirəm ki, bu belədir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat