Deputat: Milli Məclis işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var




Milli Məclisin işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var.

"Sherg.az"ın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

O qeyd edib ki, bunun üçün vəsait ayrılmalıdır: "Onların bir çoxlarının mənzilə ehtiyacı var".

T.Kərimli əlavə edib ki, bir sıra dövlət qurumlarında da əməkdaşlar mənzillə təmin olunur.