Deputat: "Paşinyan Estoniyada təhsil alan övladını hərbi xidmətə göndərməklə..."
12:55 06.06.2018
Arxiv
1298
"...vətənpərvər görüntü yaratmaq istəyir. Amma bu plan müsbət nəticə verməyəcək. Baş nazirin bununla canını qurtaracağına inanmıram. Ermənistanda və Dağlıq Qarabağda gərginlik artacaq”
"Dağlıq Qarabağda yaşayan ermənilər hakimiyyətdən bezdiklərinə görə, etiraz edirlər”.
Bu barədə "Sherg.az”a Xankəndindəki etiraz aksiyasına münasibət bildirərkən millət vəkili, politoloq Rasim Musabəyov bildirib.
Onun sözlərinə görə, hər zaman olduğu kimi erməni xalqı övladlarını Dağlıq Qarabağa göndərib, cəbhə xəttində ölməsini istəmirlər:
"Ermənistanda, xüsusilə Dağlıq Qarabağda baş qaldıran etirazların yekununu proqnozlaşdırmaq çətindir. Hər bir halda bu problem davam edir.
Ermənistanda hakimiyyətə gəlmək üçün Nikol Paşinyana kömək edən tələbələrin orduda xidmətdən möhlət hüququ alması barədə qanun ləğv olunub. Həmin tələbələr hərbi xidmətə çağırılırlar. Onlar isə qanuna etiraz edərək, təhsillərini davam etdirməyi düşünürlər. N.Paşinyan stimul yaratmaq üçün öz oğlunu hərbi xidmətə göndərir. Onun Estoniyada təhsil alan övladını hərbi xidmətə göndərməklə vətənpərvər görüntü yaratmaq istəyir. Amma bu plan müsbət nəticə verməyəcək. Baş nazirin bununla canını qurtaracağına inanmıram. Ermənistanda və Dağlıq Qarabağda gərginlik artacaq”.
Qeyd edək ki, Xankəndi şəhərinin sakinləri və ətraf bölgələrdən gələnlər dörd gündür, mitinq keçirirlər. Küçələri bağlayan əhalinin etiraz aksiyasında Ermənistan parlamentinin deputatı Zarui Postancyan və digər siyasətçilər də iştirak ediblər. Aksiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair şüarlar da səsləndirilib. İrəvandan gələn siyasətçilər və vəzifəli şəxslər aksiyaçıları dağılışmağa çağırsalar da ancaq buna nail ola bilməyərək paytaxta qayıdıblar. Onlar İrəvanda həyəcan təbili çalıblar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol