Ölkə başçısının bu addımını yüksək dəyərləndirən millət vəkili Aqil Abbas "Sherg.az"a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev daim xalqın təssübünü çəkir:
Deputat: "Prezident daim xalqın təssübünü çəkir"
12:56 07.02.2019
Arxiv
787
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib. Məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər. Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb və sonra sakinlərlə söhbət edib.
Ölkə başçısının bu addımını yüksək dəyərləndirən millət vəkili Aqil Abbas "Sherg.az"a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev daim xalqın təssübünü çəkir: "Əlbəttə, heç bir ölkə təbiət hadisələrindən sığortalanmayıb. Ölkəmizdə baş verən hər hansı bir hadisə baş verən zaman cənab Prezident hadisə yerinə baş çəkir, problemlərlə maraqlanır, vəziyyəti öyrənir və ona müvafiq sərəncamlar verir. İndi də Prezident Şamaxıya gedib ki, zəlzələnin nəticələrini öyrənib və məsələnin aradan qaldırılması istiqamətində göstərişlər verib. Şübhəsiz ki, ölkə başçısının bu addımları alqışanmalıdır. Prezident həmişə xalqın yanındadır. Ölkə başçısının yürütdüyü siyasətin əsasında insan , xalq , millət amili dayanır".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol