"Azərbaycanda indiki iqtisadi vəziyyəti, ölkə başçısının humanist addımlarını, bank sistemindəki vəziyyəti nəzərə alaraq, dollar kreditləri ilə bağlı təkliflərimizi daim səsləndiririk”.
Bunu "Sherg.az”a dollarla götürülən kreditlərə güzəşt olunmasından danışarkən iqtisadçı, millət vəkili Vahid Əhmədov söyləyib.
O qeyd edib ki, ölkə başçısından dollarla götürülən, ödəniş müddəti keçmiş kreditlərin amnistiya olunmasını, yaxud da təklif edilən şəkildə qaytarılmasını xahiş edib:

"Milli Məclisin son iclasında həmkarım Əli Mənsimli də dollarla olan kreditlərə baxılması barədə müraciət edib.
Azərbaycanın məhkəmələrində dollarla alınan, qaytarıla bilməyən kreditlərə görə, on minlərlə iş var. Həmçinin bank sisteminin sağlamlaşdırılması üçün kreditlərin restruktizasiyasına ehtiyac var. Bu barədə təkliflərimizi əhatəli şəkildə təqdim etmişik. Məsələ cənab prezidentin səlahiyyətindədir, onun humanist addımlarını nəzərə alaraq, problemə baxılması ilə əlaqədar müraciət etmişik”.
Müraciətə verilən cavaba gəlincə, deputat vurğulayıb ki, hələlik heç bir məlumat verilməyib:
"Güman ki, qərar verildikdə, mətbuata da açıqlama veriləcək. Amma bu, bankların sağlamlaşdırılması üçün vacibdir”.
Aysel Aslan